گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی‌نین سون توتوقلانما‌لارلا باغلی اعتراض بیل‌دیری‌سی

Dəyərli yurddaşlar!
Həsən Ruhaninin İran adlanan ölkənin prezident olmasından sonra, Güney Azərbaycan şəhərlərində milli fəallar və ailələrinə faşist İran İslam rejiminin əmniyyəti qüvvələri tərəfindən basqılar get-gedə artmaqdadır.
Son günlərdə "Anadili Günü" münasibəti ilə Güney Azərbaycanın Təbriz, Əhər, Zəngan, Sulduz, Məlik Kəndi və Binab şəhərləri, eləcə də Tehranda milli fəallarımızın təşəbbüsü ilə keçirilən tədbirlərdə, neçə tanınmış milli fəalda daxil olmaqla  çox sayda soydaşımız yaxalanaraq həbs edilməsi bunun aydın sübutudur. İran islam rejiminin əmniyyət və ittilaat qüvvələrinin vəhşicəsinə basqın və hücumuna məruz qalan soydaşlarımız, onların  inanılmaz təhqir, tohin və eyni zamanda şiddət və zorakılığııyla qarşı-qarşıya gəlmişlər. Onlar, əmniyyət qüvvələrinin bu qeyri-insani hücumuna  qarşı müqavimət göstərib öz kəskin etirazlarını bildirsələrdə, dahada onların aqresivcəsinə davranışlarıyla üzləşmişlər.  
Ana dili ilə bağlı keçirilən tədbirlərdə iştirak edən çox sayda soydaşlarımızın   tutuqlanması, elə bir zamanda baş vemişdir ki, İran adlanan ölkənin sözdə yeni seçilmiş prezidenti olan Həsən Ruhani, tərtib edilmiş seçki qabağı şolarda mövcud durumdan rahatsız olduğunu və hər cürə qanusuzluqlara qarşı tədbirlər almasını və özünü bütün vətəndaşların prezidenti olacağını dönə-dönə vurğulayırdı.
Əli Xamneyinin öncədən hazırlanmış senaryo və çirkin oyunları əsasında prezident olan Həsən Ruhani,böyük iddialar, boş sözlər və verdiyi yalan vədə-vəidlərlə bir çox sözdə milli fəal da daxil olmaqla, siyasi şüurdan tamamilə yoxsul olan kütlənin bir bölümünü aldadaraq bu gün prezident olsada, qeyri-fars millətlərə verdiyi sözlər və vədələrin tamamilə unudaraq birisinidə belə olsun yerinə gətirməmişdir.
Həsən Ruhaninin Azərbaycanda verdiyi sözlərin içində ən önəmlisi ana dilində eyitim, türk dili akademyasının yaradılması və hazırda vətənimizin ən acil və həyatı məsələsi olan Urmu gölünün qurtarılması olmuşdur. Ancaq Ruhani, nəinki bu haqda heç bir iş görməmiş, bəlkə tam əksinə və son olaylarda göründüyü kimi şəxsi evlərində belə sadəcə ana dilinə tədbir keçirmək istəyən milli-mədəni fəallara qarşı divan tutularaq Azərbaycan şəhərlərinin əmniyyəti durumunu Əhmədi Nəjadın prezident olduğu zamandan dahada ağır və dözülməz olmuşdur.
Güney Azərbaycan Sosial Demokrat Partisi, vətənimizin Fars-İran dövlətinin işğalı altında bir müstəmləkə olduğuna inanaraq hər zaman onu öz bildiri və müraciətlərində vurğulamasına rəğmən, ana dilində eytimin olmasını da hər bir insan və hər millətin ilkin və təməl haqlarından olduğuna inanır.
Demokratik sistem və demokrasi hakim olan ölkələrdə bu təməl haq, demokrasinin prənsipləri əsasında heç bir sorun yaratmadan həyata keçirilib, ancaq totaliter sistem və rasizmin hakim olduğu ölkələrdə dil başda olmaq üzrə ilkin haqların verilməsi, heç zaman öz düzgün həllini tapa bilməmişdir.
İran adlanan ölkədə 90 illik fars faşizmi və bütövlükdə fars şovinizminin hakimiyyəti, Paniranizm kimi qatı fars irqçılığına dayanan və müstəmləkəçilik əsasında bir cinayətkar və qeyri-insani system quraraq, bütün gücü ilə qeyri-fars millətləri yox etməyə çalışmış və bu yolda əlindən gələn heç bir əzalət, cinayət və vəhşilikdən əsirgəməmişdir. Biz arxayınlıqla diyə bilərik ki, 90 il  sürəsində İran adlanan ölkədə fars olmayan millətləri yox etməyə çalışan fars faşizmi, bu millətlərin təbii haqqını heç bir zaman vermiyəcəkdir. Çünki qan üzərində  qurulan bu sistem və onu yönəldən fars faşizmi çox yaxşı bilir ki, qeyri-fars millətlərin dilləri azad olduğu təqdirdə fars dili və eyni zamanda ölkə nufusunun 30 faizini təşkil edən farslar, kölgədə qalıb və onun heqemonluğuna bir dəfəlik son veriləcək.
Güney Azərbaycanda Türk millətimiz bilməlidir ki, Həsən Ruhani də Haşimi Rəfsancani, Mir Hüseyin Musəvi, Məhəmməd Xatəmi, Mahmud Əhmədi Nəjad kimi fars faşizminin təmsilçisi olduğu halda başdan ayağa qədər qatı türk və Azərbaycan düşməni sayılır. Təəsüflər olsun ki, milli və siyasi şüurdan tamamilə yoxsul olub və özlərini milli-mədəni fəal tanıdan bəzi soydaşlarımız, istər sözdə seçkilər qabağ şolarda, istərsədə Həsən Ruhaninin prezident olmasından sonra onu dəstəkləməkdə dəridən qabıqdan çıxıb və onun seçilməsinə nələr ki etmədilər.
Faşist və müstəmləkəçi İran islam hakimiyyəti və bütövlükdə fars şovinizminin mahiyyətini tanımayan və yaxud tanımaq istəməyən və onun Türk millətinə qarşı dərin bir kinə və nifrətini görə bilməyən sözdə belə milli fəallar, təbiidir ki, bir gün Xatəmi, ertəsi Mir Hüsein Musəvi və yaşıllar hərəkatını, sonra Əkbər Ələmi və bu gündə Həsən Ruhaninin alətinə çevirlərək milli-qurtuluş hərəkatımızı fars faşizminin ayağı altında qurbanlıq etmək istəyirlə.
Bu bir gərçəkdir ki, fars faşizmi və bütövlükdə fars şovinizmi dünyanın ən geri qalmış fikir və düşüncəsi ilə yanaşı, həm də ən qəddar, vəhşi faşizmi kimi tanınır və onun neçə qolunun fərqli səliqə və əqidəyə malik olan Qumun his basmış hücrələrində oturan və insanlığa tamamilə zidd olan cani və bütün fəsadların qaynağı sayılan şiyə ruhanilərindən tutmuş Amerika və Avopa ölkələrində yaşayan fokul-kravatlı dindar, dinsiz, ateist və keçmişdə batıb qalan zərdüşt dinini təbliğ edən şəxslər, qatı türk düşməni olaraq eyni düşüncə və sistemin ayrılmaz tərkib hissəsləri olub və bir qaynaqdan qidalanıb və bir axurdan su içməkdədirlər.
Güney Azərbaycan Sosial Demokrat Partisi, olduqca ağır və çətin şərtlər altında vətənimiz Azərbaycanın qurtuluşu uğrunda mücadilə verən bütün milli fəallarımızın çəkdiyi zəhmətlərə dəyər verərək, ana dili ilə bağlı keçirilən tədbirlərdə çox sayda milli fəal və soydaşımızın İran rejiminin vəhşicəsinə hücumuna məruz qalıb tutuqlanmalarını şiddətlə qınayıb və öz etirazını bildirir. Biz, tamamilə suçsuz və günahsız olan tanınmış şəxsiyyət və milli fəallarımız Əkbər Azad, Abbas lisani, İsrafil Sultaniyan, İbrahim Rəşidi, Əlirza Fərşi və Fərdin Muradpur başda olmaq üzrə tutuqlanan bütün bu dəyərli insanlarımın dərhal azadlığa buraxılmasını tələb edirik.
Güney Azərbaycan Sosial Demokrat Partisi, Urmunun Şəhridari və Təbrizdə Traxtor taxımının qələbəsindən sonra tutuqlanan soydaşlarımızın və eyni halda dəyərli Səyid Mətinpur başda olmaq üzrə faşist İran islam rejiminin dosdaqları və işkəncəgahlarında  tutuqlu olan bütün siyasi məhbuslarımızın da azadlığa buraxılmasını istəyir. Biz, eyni halda siyasi məhbuslarımız başda olmaqla Türk millətimizin haq səsini dünya ictimaiyyətinə çatdırmaq və vətənimizin qurtuluşu uğrunda fars-İran İslam rejiminin müstəmləkəçilik siyasətinə qarşı mübarizədə bütün parti və qurumlarımızı işbirliyi, birlik və bərabərliyə çağırırıq.
Məhv olsun fars faşizmi!
İstiqlaliyyətimizə doğru irəli!
Güney Azərbaycan Sosial Demokrat Partisi!
02.02.2014 
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn