Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

آذربایجان میللی دؤولتی‌نین قورولماسی‌نین 69 جو ایل دؤنومو- آذربایجان فئدراسیاسی ایسوئچ آفی

Dəyərli yurddaşlar!
Azərbaycan millətinin dövlətçiliyi şahlıq idarə sistemilə idarə olunan ana yasalı və ana yasasız, iki dövrə bölünür. 1050 miladi ilindən başlayaraq qurulan Azərbaycan şahlıq dövlətçilik tarixi 1905-ci ilə qədər anayasa olmadan şahlarımız tərəfindən verilən fərman və qanunlarla idarə olunmuşdur. 1905-ci ildə Azərbaycan qacar şahı Müzəffərddin şah Azərbaycanın birinci anayasasın imzaladı. Bununla da Azərbaycan millətinin tarixində yeni bir tarixi mərhələ başlandı. Belə ki, Azərbaycan artıq anayaslı şahlıq dövlətinə çevrildi.
1945-ci il 21 Azərdə Azərbaycan Milli Dövləti qurulmaqla millətimizin tarixində ilk demokratik dövlət quruldu. Azərbaycan Milli dövləti seçkilər yolu ilə formalaşdı və millətin iradəsi dövlət quruculuğunda əsas rol oynadı. 1945-ci ilin ”21 Azər” günü Azərbaycan Milli Məclisi Təbrizdə işə başladı və Azərbaycan Milli Hökümətini formalaşdırdı. Seyid Cəfər Pişəvəri Azərbaycanın baş vəziri seçildi. Bunun ardınca milli hökümətin tərkibi məclis tərəfindən təsdiqləndi.
Dəyərli yurddaşlar!
Azərbaycan Milli Dövləti öz varlığı dövründə, ölkəmizdə geniş islahat tədbirləri həyata keçirdi. Torpaq islahatından tutmuş, kənd və şəhərlərin abadlaşdırılması və millətimizin maddi durumunun yaxşılaşdırılması dövlət praqramının əsas prinsiplərindən və aparıcı işlərindən idi. Azərbaycanın baş vəziri öz fərmanıyla Azərbaycan dilini dövlət dili elan etdi. Qacarlar devriləndən sonra, yenə azərbaycanlılar öz ana dilində dərs oxumağa başladı. Ana dilində məktəblər və universitetlər açıldı.
Azərbaycan Mill Dövləti ölkənin təhlükəsizliyin və insanların hüqüqun qorumaq üçün Milli Ordu və Nəzmiyyə idarəsin yaratdı. Qısa müddət ərzində dövlətin bütün qolları və orqanları formalaşdı və dünyanın demokratik dövlətləri sırasında yer almağa çalışdı. 1945-ci ildə qurulan dövlətimizə dünya dövlətlərinin mövqeyi fərqli olsa da, dövlətimizi dəstəkləyənlərin də sayı az olmamışdır. Azərbaycanın baş vəziri Pişəvərinin yazdığına görə, İsveç höküməti dövlətimizin yaranmasını olumlu qarşılamış və bu haqda geniş radio verlişlər yayılmışdır.
Azərbaycan Milli Dövlətinin qurulması, dünyanın siyasi gərginlik yaşadığı bir dövrə təsadüf etdiyində, dünya dövlətləri tərəfindən tanınmadı. Güney Azərbaycan milləti milli dövlətini qurmaq hüqüqünü özündə saxlayır.
Dəyərli Yurddaşlar!
Sizin hamınızı Azərbaycan Milli Dövlətinin qurulmasının 69-ci il dönümü münasibətilə təbrik edirik.
Azərbaycan Fedrasiyası İsveç AFİ
Baş Komitə
2014-12-10
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn