Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

“Azərbaycanın güneyində millətləşmənin harasındayıq?” mövzusunda növbəti diskussiya keçirildi

12 aprel, 2014-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun təşəbbüsü ilə "Azərbaycanın güneyində millətləşmənin harasındayıq?" mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı.
Sonra ənənəyə uyğun olaraq BAO Mərkəzi Şurasının (MŞ) üzvü Hakim Sadiqli son həftə ərzində Güney Azərbaycanda baş vermiş hadisələr haqqında məlumat verdi. BAO MŞ-nın üzvü Şirvani Ədilli isə Şimali Xorasan ostanı, həmçinin tarixi Xorasan ərazisi haqqında qısa çıxış etdi. O, Şimali Xorasan ostanının copğrafi mövqeyi, əhalisi, etnik tərkibi, iqtisadiyyatı və s. haqqında məlumat verdi.
Daha sonra tanınmış alim, tarix elmləri doktoru, professor Nəsib Nəsdibli "Azərbaycanın güneyində millətləşmənin harasındayıq?" mövzusunda geniş məruzə ilə çıxış etdi. O, millətləşmənin əsas göstəricilərini qeyd etdi və ötən əsrdə güneydə baş vermiş inqilabların milli ideyalara əsaslanmamasaı səbəbindən millətləşmə prosesinin ləngidiyini bildirdi. N.Nəsibli Güneydə millətləşmənin əsasən 1979-cu il inqilabından sonra başladığını və bu günə qədər müəyyən səviyyədə inkişaf etdiyini dedi.
Daha sonra Qurban Turanoğlu, Şirvani Ədilli, Rüfət Muradlı, Paşa Oğuz, Hakim Sadiqli, Yasəmən Qaraqoyunlu, Faiq Ələkbərov, Dilavər Əzimli, Aydın Mədətoğlu və b. məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiiyanı davam etdirdilər.
VİDEOLAR:
https://www.youtube.com/watch?v=yHBOavdDRI8
https://www.youtube.com/watch?v=b1fCuYyMeFc
BAO.AZ
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn