Bütün analara sayqı və hörmət!- Eldar güneyli
- توضیحات
- منتشر شده در دوشنبه, 12 آبان 1393 04:29
Bu gün anamın dünyasını dəyişmə munasibətinə görə
qürbətdə ürəyimi boşadmaqa qələmimdən başa bir çərə bulmadım. 27.10.2014
1
Ana nə deyim, duyduğum qara xəbəri,
Bu gün ailəmlə necə qəbul edim?
Telefon bağlantıları kəsildimi?
Axşamlar səsin duymuyacağız mı?
83-il zəhmətlərin meyvəsini dərdinmi?
2
Sən böyük övlad doğmuş anasan
Baltacı Araz kimi şairlər anasısan
Vətənə böyütmüş igitlər anasısan
Xalqına borcunu vermiş anasısan
Ürəyimizdə çırpınan alovlar məkanısan.
3
Sən bizi doğdun çox zəhmətlərin ilə
Böyütdün bizi sevgi, məhəbbətlə
Meyvələrindən görmədin istəklə
Ürək sevgilərini verdin bizlərə
Bizdə verək Xalqımız ilə Vətənə.
4
Məhəmməd[1]in əldən verdin 58[۲]-də
Nisgilləri ilə yaşadın son nəfəsin ilə
Qəbirini görmədin söylədin bizlərə
Qəbirini görsəm qalmaz nəfəs məndə
Ölməyib yaşayır o` xalqımızın içində.
5
Deyiblər bu dünya pəncərə idi
28-il pəncərə sənə qarandiqlandı
Həsrətdə qaldı meyvələrindən görməyə
Arzuladın görəsən bizləri vətəndə
Vətənə gəlməyə düşünürük həsrətlə.
6
Vətən sevgisi ilə yaşayırıq qürbətdə
Vətən yetirdi sən kimi analar bətnində
Sevgilərin verdin övladına qalmadı yerdə
Ölməmisən yaşayırsan ürəyimizdə
Məndə görmədim, düşməmisən nəfəsdən
Səndə olan atəş döyünür ürəyimizdə.
7
Böyləcə qatılıram məndə kədərinizə
Başız sağ olsun deyirəm ailəmizə
Yaşam böylə gəlib gedər ömrümüzdə
Hörmət qoyun yaşəmınızda valideynizə
Sevgi görərsiz gələcək nəsilinizdə.
Bütün analara sayqı və hörmət!
27.10.2014
[1] Şair Baltacı Araz(Məhəmməd Məhəmməd əli oğlu)
[2] Şair 58-yaşında ürəkinfaktı geçirərək dünyasın dəyişdi.