Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.

Güneyli türk dil haqları müdafiəçisi həbs edilib

İran Azərbaycanının Muğan bölgəsindən olan türk dil haqları müdafiəçisi Nasir Əbdülhüseynzadənin ötən günlərdə İran polisi tərəfindən həbs edilərək zindana göndərildiyi bildirilir.
Güneyli fəal keçən ilin fevralında Dünya Ana Dili Günü ərəfəsində nəzarətə alınaraq təxminən bir ay Ərdəbil şəhərində İranın Ettelaat həbsxanasında sorğu-suala çəkildilkdən sonra müvəqqəti azadlığa buraxılmışdı.
İnsan haqları qruplarının yaydığı məlumata görə, İnqilab Məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 6 il həbsə məhkum olunmuş fəal həbs müddətini tamamlamaq üçün həbs edilib.
İranda insan haqları pozuntuları haqqında xəbər yayan HRA agentliyinə istinadən, Təbrizdə hərbi xidmətini keçirən Nasir Əbdülhüseynzadə həmin şəhərdə həbs edilərək doğma şəhəri Parsabada, oradan isə Xiyav zindanına göndərilib.
2013 Ana Dili Günü ərəfəsində Əbdülhüseynzadə ilə bərabər digər güneyli fəal Səid Hüseyni də həbs edilmişdi. Hüseyni həbs cəzasının bir hissəsini çəkdikdən sonra keçən həftələrdə şərtli olaraq azadlığa buraxılıb.
İran Azərbaycanında insan haqları pozuntuları ilə bağlı məlumat yayan Oyan News yazır ki, Hüseyni və Əbdülhüseynzadə İranda türk dilində təhsilin qadağa olmasına etiraz etdikləri üçün əvvəllər də təqib və basqı ilə üzləşib, tələbə olduqları zaman universitet məsulları tərəfindən iki semestr təhsildən uzaqlaşdırılıblar.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn