Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.

İran məhkəməsi daha 3 güneyli fəalı rejimə qarşı təbliğatda günahlandırıb

Bu ilin fevral ayında Dünya Ana Dili Günü ərəfəsində İranın Qərbi Azərbaycan vilayətində nəzarət altına alınıb, iki həftədən sonra müvəqqəti olaraq sərbəst buraxılan 3 türk dil haqları müdafiəçisinin “rejimə qarşı təbliğat” aparmaq ittihamı ilə üzləşdiyi bildirilir.
Güney Azərbaycan Televiziyasına istinadən, İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılıya qarşı ittihamnamə Xoy məhkəməsində prokuror Nicati tərəfindən oxunub. Fəalların məhkəmə prosesi davam edəcək.
“Üç fəal irəli sürülən ittihama qarşı özlərini müdafiə edib. Onlar ana dili gününü qeyd etmək istiqamətində fəaliyyətlərinin mədəni mahiyyət daşıdığını, ana dili mövzusuna təhlükəsizlik məsələsi kimi yanaşmağın doğru olmadığını ifadə ediblər,” deyə Günaz TV veb səhifəsi qeyd edib.
Ettelaat məmurları İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılını fevralın 17-də Xoy şəhərində nəzarət altına alıb. 3 gənc fəal iki həftə sorğu-suala çəkildikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar.
İran Azərbaycanında həbs edilən fəallar adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük”kimi ittihamlarla üzləşirlər.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn