Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

Ərdəbil və Urmiyədə fəallara qarşı təhdidlər artıb

İnsan haqları və İran Azərbaycanı ilə bağlı xəbər yayan veb səhifələri Ərdəbil və Urmiyə şəhərlərində siyasi məhbuslar və milli fəallara qarşı basqıların artdığını, bir neçə fəalın nəzarət altına alındığını bildirirlər.
Günaz Azərbaycan Televiziyasına istinadən, dünən sentyabrın 10-da Ərdəbilin Təxti Stadionunda Ərdəbilin Bələdiyyə (Şəhrdari) komandası ilə Şirazın Fəcr komandası arasındakı futbol matçını izləməyə gedən bir neçə fəal təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Stadionda nəzarət altına alınanlardan Murtaza Pərvin, Mustafa Pərvin, Tovhid Əmir Əmini, Rəhim Novruzi, Fərşid Piçqanlı və Rza İbrahiminin adları nəşr edilib.
Təhlükəsizlik qurumu jurnalistlər və milli fəallardan ibarət olan bir qrupu isə təhdid edərək stadiona getməməklərini tələb edib. Bu barədə bir yerli jurnalist Amerikanın Səsinə məlumat verib.
Son vaxtlarda Ərdəbil stadionunda keçirilən oyunlar zamanı və oyunlardan sonra “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” və bu kimi şüarların səsləndirilməsi ilə bağlı video xəbərlər yayılıb.
İranın insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi isə hazırda Ərdəbil zindanında saxlanılan tanınmış fəal Abbas Lisaninin aclıq aksiyası keçirdiyini bildirib. HRA-nın məlumatına görə, Lisani aclıq edərək özü və digər məhbuslara qarşı pis rəftar və zindanın qeyri-münasib şəraitinə etirazını nümayiş etdirir.
Araz News və AZOH veb səhifələri Meysəm Colaninin Ərdəbil İnqilab Məhkəməsinə çağrıldığına dair xəbər yayıb. “Türk fəal sentyabrın 22-də məhkəmədə olmalıdır. Onun mühakiməsi son vaxtlar futbol matçından sonra səsləndirilən şüarlar və ya daha əvvəl Dünya Ana Dili Günündə nəzarətə alınması ilə bağlı olacağı ehtimal edilir,” deyə AZOH-un yaydığı xəbərdə bildirilir.
Urmiyə şəhərində fəalların Ettelaat tərəfindən təhdid edilməsi və Süheyl Də’iri adlı fəalın nəzarət altına alınması ilə bağlı Oyan News saytı məlumat verib. Də’iri keçmişdə də Urmiyə gölü ilə bağlı təşkil olunan mitinqlərə qatıldığı üçün həbs edilib.
Urmiyədə yaşayan türk fəallara qarşı basqıların artmasının səbəbinin yenə də Urmiyə gölündəki ekoloji böhranla əlaqədar mitinq təşkil etmək üçün yayılan çağırış vərəqələri ilə bağlı olduğu bildirilir.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn