آلمانیا‌دان فاشیست ایران ایسلام رئژیمینه قارشی اعتراض+ شکیللر*****

آذوح: شنبه گونو یونون 14-ده آلمانیانین مونستئر شهرینده هر ایل اولدوغو کیمی، بو ایلده کئچیریلن "اولوسلاراراسی یای فئستیوا‌لی"، مین‌لرله اؤیرنجی و چوخ سایدا اینسانین قاتیلماسییلا تنتنه‌لی شکیلده ائدیلمیش‌دیر. گون بویونجا داوام ائدن بو فئستیوال، دونیانین چئشیدلی اؤلکه‌لرین‌دن بو شهرین اونیوئرسیتئتینده تحصیل آلان مین‌لرله خاریجی اؤیرنجی‌لری تمسیل ائدن "آستا" دئییلن قوروم طرفین‌دن اورقانیزه ائدیلمیش و مونستئرده یاشایان  میللت‌لری تمسیل ائدن چوخ سایدا درنکده اؤز ایشتیراکی ایله بو فئستیوالا علاوه رنگ قاتا‌راق اؤز موسیقی، رقس و میللی یئمک‌لرینی تقدیم ائتمکله اولدوقجا گؤزل بیر اورتام یاراتمیش‌دیر. 1990-جی ایلدن مونستئرده فعالیت گؤسترن "آذربایجان ائوی"، هر ایل قاتیلدیغی کیمی بو ایلده بو فئستیوالدا ایشتیراک ائده‌رک، فاشیست ایران ایسلام رئژیمی‌نین گونئی آذربایجاندا آپاردیغ وحشی و قئیری-اینسانی سیاستینه اؤز کسکین اعتراضینی بیلدیرمیش‌دیر. اؤزل‌لیکله، بو تورک دوشمنی و جانی رئژیم طرفین‌دن  بیله‌رک‌دن و سیاسی آماج‌لارلا اورمو گؤلونون قورودولماسینی، ائله‌جه ده یئرسیز و ساختا اتهام‌لارلا آغیر هبس جزا‌لاری و دهشت‌لی ایشکنجه‌لره معروض قالان دوستاق‌لاریمیزین دورومونو آلمانیا ایجتیمایتینه چات‌دیرماق مقصدیله، آلمان دیلینده چوخ سایدا یازی حاضرلایا‌راق بو حاقدا و عینی زاماندا آزربایجانین گرچک تاریخی و اونون پارچالانمیش بیر میللت اولماسییلا باغلی گؤزل بیلگی‌لر وئرمیش‌دیر.
آذربایجان ائوی مونستئر 
05.06.2014
Almaniyadan faşist İran islam rejiminə qarşı etiraz
Şənbə günü iyunun 14-də Almaniyanın Münster şəhərində hər il olduğu kimi, bu ildə keçirilən "Uluslararası Yay Festivalı", minlərlə öyrənci və çox sayda insanın qatılmasıyla təntənəli şəkildə edilmişdir. Gün boyunca davam edən bu festival, dünyanın çeşidli ölkələrindən bu şəhərin universitetində təhsil alan minlərlə xarici öyrənciləri təmsil edən "Asta" deyilən qurum tərəfindən orqanizə edilmiş və Münsterdə yaşayan  millətləri təmsil edən çox sayda dərnəkdə öz iştiraki ilə bu festivala əlavə rəng qataraq öz musiqi, rəqs və milli yeməklərini təqdim etməklə olduqca gözəl bir ortam yaratmışdır. 1990-cı ildən Münsterdə fəaliyyət göstərən "Azərbaycan Evi", hər il qatıldığı kimi bu ildə bu festivalda iştirak edərək, faşist İran islam rejiminin Güney Azərbaycanda apardığ vəhşi və qeyri-insani siyasətinə öz kəskin etirazını bildirmişdir. Özəlliklə, bu Türk düşməni və cani rejim tərəfindən  bilərəkdən və siyasi amaclarla Urmu gölünün qurudulmasını, eləcə də yersiz və saxta ittihamlarla ağır həbs cəzaları və dəhşətli işkəncələrə məruz qalan dostaqlarımızın durumunu Almaniya ictimaiyyətinə çatdırmaq məqsədilə, alman dilində çox sayda yazı hazırlayaraq bu haqda və eyni zamanda Azərbaycanın gərçək tarixi və onun parçalanmış bir millət olmasıyla bağlı gözəl bilgilər vermişdir.
Azərbaycan Evi Münster 
05.06.2014




















Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn