بیزسیز بیزیم اوچون

Haçana qədər??
1357-nci ildə İran coğrafısında siayasi qudrət(güc) dəyışmələrı olunaraq, şahlıq sistemi aradan gedərək, islam cimhuriyəti adı ilə bir hakımıyət orada quruldu.o ildə də oranın hökumət başına gələnlər bu qurulan yeni güc sisteminin ana yasasını yazaraq, onu təsvıb etdilər.islami hökumət elam olunaraq, qudrətçılık qanun çarçuvaları  orada yaşayan millətlər üçün keçərli  elam olundu.
Ana yasada 15-12-19-....əsıllər(maddələr) yazıldı və təsvıb olundu.onların həç biri bu günə qədər icra olunmadı.amma başqa maddələrın çoxu icra olunaraq, onlarada çoxlu bodjə verildi.onların ən önəmlısındən biri Fars dilini qorumaq və onu genişləndirməkiydi.
Mən bunu burada qeyd etməyi lazım görürəm  ki, İranda dövlət bir sistem dir.bu sistem Fars müstəmırəçılık üzərındə qorulubdur.onun əsaslarında biridə Fars dil və mədənıyətını qoruyub saxlamaq olub və olmaqdadır.bu iş o dövlət üçün dayımı və vaz keçilməz bir əsl və vəzıfə dir.
Bunu biz çeşidli çağlarda təcrübə etmişik  ki, İranda hakımıyət hər zaman böhranla qarşı-qarşıya  olan zaman o bu şərayıt,durum və gələcəkdə hər türlü öz özəl möhrələrı ilə səhnəyə cixi və çixacaqdir.
O dövlət 8 il Fars hakımlyətının ömrünü uzatmaq üçün o zaman xatəmı cənablarını dövlət başına gətırərək, bizim millətimizi aldatatıb,bu hakımlər onun adını islahatçi, demokrasi, təmədunlar dialogu... adı ilə bizim başımızı qatışdırdılar.
Onun zamanı sona çataraq.Əhmədı nejad hökumətə gətırılıb, həmən siayasəti başqa formada dəvam etdiribdir.onun çağı bitər, bitməz, iqtisadi, toplumsal, siayasi problemlər çözülmədı.böhran yerində qalaraq, onun əsərlərı və izləri  toplumda çoxalmağa başladı.
Mərkəzı Fars dövlətını saxlamaq üçün yenidən yollar axtarıldı və tapıldı. Bu dəfə qurə Rohanı cənablarının adına düşdü.o 1392-nci ilin  qizaran ayının 24-ndə olan cimhur rəyıslık seçqilərini qazandı.İranin sağı, solu,demokrati və başqaları hamı bütünlüklə onu hakımıyət başına gəlməsını yenidən seviclə qarşıladı.
Rohanı cənabları Güney-Azərbaycanın çoxlu şəhərlərı o cümlədən təbriz, urmu, zəngan, ərdəbili....Xorasantürklərın şəhərlərın, sava, Həmədan, qaşqaı....seçim dən qabaq gəzdı. Bizim millətimiz ilə danışdı.oy qazanmaq üçün sözlər verdi.onların önəmlılərındən olan biri ölüm halında olan urmu gölünü qurtarmaq və ikincisi Türk dil qorumunu yaradması iydi.İranin Fars dilli partı və təşkılatları o çümlədən bir sira bizim millətdən olan satqın monqudlarda elə göstərmək istədilər ki, bu yeni rejim İranin Rus Gorbaçovu olacaqdır.
Bu gün Rohanı hökumətı altı aydan çox dur ki, iş başında dir. Xarıcı siayasəti ki, o İranı izolasiondan qurtarmaq olsun, müsbət gəlışmələrlə qarşılanır.onlar ğərb və sənətı ölkələrə bir anlayış görüşünə gəlməkdədırlər,hamıdan önəmlısı olan ABS başçısı  Obama cənabları bu gün İran ölkəəsının tutduğu siasəti dəstəklıyır.hətta israyil dövlətı elam edib dir ki, əgər İran dövlətı o ölkənı rəsmıyətə tanırsa.onda Israyil İranla normal rabıtələrə keçəcə bilər.
onun içəri siayasətinə baxaraq, görürük ki, bunun hökumətı çağında hamıdan çox insan öldürmələr olubdur.edamlar Əhmədı nejad zamanı ilə qiyasda çoxalıb dir.
bizim dilimizdə elə əsqı zamanlar kimi yasaq olmaqda dir.Azərbaycan topraqları yenədə İranin mərkəzı dövlətının əmnıyətı bölgəsı olaraq, qalmaqdadır.
Türklər, Türkmənlər,Ərəblər,Kürdlər, bəluçlar,bahayılər, ələvılər....bütün basqı altında yaşamaqdadırlər.zindanlar Güney-Azərbaycanın və başqa millətlərin milli fəalları ilə doldurulub.
Bu gün biz Rohanı cənablarının verdiyi sözlərı göz önündən keçirərək, görürük ki, onun verdiyi vədələr, dəyışmələr, dövlət tədbırlərı...çoxlu yerlərdə həm müsbət və həmdə mənfı halda özünü göstərməkdədır.
əlbətə ki, bu neçə ay az zaman olmaq dadir.o yaxşı bilir ki, İran coğrafısında çoxlu Millətlər, çeşidli dillər, əlvan inanc və məzhəblər yaşayırlar.amma orada yalnız bir dilə hər sahələrdə imkan verilir.o da Fars dil və mədənıyətı dir.
Bunu qeyd etməyi məqsədə uyqun görürəm ki,Orada yaşayanların çoxu belə düşünür ki,  o coğrafıyada çeşidli millətlər gərək Far dilini öyrənsın.ona görə də çoxları belə düşünürlər ki,bu dil, kültür, ad....başqa millətlər üçün gündəlık normal bir dil olmalıdır.Farslada onu çox təbıyı görürlər.
Bunu biz bilməliyik ki, Farslarda eyn başqa millətlər kimi, azad yaşamalıdırlar.onlarda öz dillərini başqa insanlar kimi, sevirlər və o da onların doğal haqlarından biri sayılmaqdadır.amma Fars dili bu gün bizim Millət üçün bir məhv edici silahi kimi əməl etməkdədir.çünkü dilsiz bir Millət aradan getməyə məhkum dur. Fars dili bu gün bizim vicdan və bilicligimizin sərkubunun xidmətində olmaqda dir.
Bu gün Güney- Azərbaycanda və İranin başqa yerlərinə yaşayan Türklə üçün də Fars dilinin rolu  keçərlidir.çağımızda bizim bölgələrdə noxbə Hakımlər, Valılar, Radio, Telvizion, Yayın Evləri.....hamısı bütünlüklə güc və hakım qudrətın ixtiyarinda olmaqdadırlar.
Bunu burada qeyd etməliyəm ki, Rohanının dövlətı islahat dövlətı ola bilməz.
Bu gün onun hakımıyətı xarıcı siayasət və iqtisadi sahələrdə dəyışmələr gətırmək istəyir.amma onun dövlətı siayasi sahələrdə dəyışməyə izin vermiyəcək və verilmiyəcək.o dövlətın ana yasasının 110-nci əslınə dayanaraq,  bütün güclər Vəlı Fəqıh əlın və ixtiyarinda olmaqdadır. Namə tamam.
Biz Şah rejiminin hakımıyətını təcrübə etdik. İslam rejimni də təcrübə edirik.biz bunu bilməliyik ki, hər kimsə o ölkədə hökumətə gəlır, gəlsın, onlar o ölkədə Fars müstəmırə sistemini saxlayacaq dirlar.çünnkü onlar bunu yaxşı bilib dirlər ki, dil bir millətin varlığı, fikir və düşüncə gücü müstəmırəçılər qarşı dir. Bir dil bir millətin kəsın silahi müstəmırə nizam və hakımıyətının qarşısında olmaqdadır.ona görədə onlar Türk və başqa dilləri azdad biraxmiyacaqdirlar.
Iran dövlətı bu siasəti çox yaxşı düşünübdür.ona görədə onlar bizim Millətimizin bütün siayasi, iqtisadi, ilişgi, yayın, ....kadrlarını Fars dilində tərbıyət edərək, bizim özümüzü öz əlımızlədə məhv edməgə çalışır və çalışacaqdır.
Bunu biz düşünməlıyık ki, əgər bir siayasətçi  özünü ondan qabaqdakı siayasətçilətrdən demokrat və insansevər göstərmək istəyirsə, bu o demək deyil ki, o otumatlk müsbət gəlışmələr və dəyışmələr üçün müsəməm dir və o hər sahədə islahat gətırəcək dir.
 bu yazini yazarkən, xəbərlərdə elam olundu ki, İran dövlətı 5 veto güclərı və almanyada onun içində olaraq, iranin atom məsələsı sahədə anlaşışlara çatıbdırlar.o dövlətlər durumu elə göstəməyək istəyirlər ki, İran dövlətı daha azad və demokratik dəyışməklərə hazır dir.
Biz Güney –Azərbaycanlılar və İranda yaşayan bütün Türklər bunu bilməliyik ki, biz hər kiçik azad fəzadan yaralanmalıyıq ki, öz doğal haqlarımızı əldə edək bilək.amma bunuda yadlardan silməməliyik ki, Rəfsəncanı, Xatəmı, Əhmədı najad, Rohanı cənabları,və ya hər kimsə .... iş başına gəlır, gəlsın, İranda siayasi güc sistemi dəyışməyəcək dir. Məgər....
Son söz budur:
Qamaq ya qalmamaq
2014-02-10
quşçu
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn