Urmu gölü can hayında,..... بویوک رسول اوغلو
- توضیحات
- منتشر شده در دوشنبه, 16 تیر 1393 16:03
İstəkli soydaşlar və hörmətli Dr. İsa bəy kəlantəri, Azerbaycanlı millət vəkilləri !
Şübhə yoxdur ki, Urmu gölünün nəcati, millətimizin gələcəyinin təminatı və yaşayışının sağlıqlığı ilə bağlı olduğuna görə hər azerbaycanlının ürəyinin arzusudur. Kimliyindən asılı olmuyaraq bu arzunun yerinə yetirilməsində hamımızın əl-ələ verməsi müsbət nəticələrə gətirib çıxaracağıda inkar edilmzdir. Ancaq, buda aydındır ki, millətin haraylarının yanında yuxarıda adlarını çəkdiyim soydaşlarımızın boynuna böyük bir görəv düşməkdədir. Çünki, millətin səsi küçələrdə boğulurkən bu məsul şəxslərin səsi eşidilməli, sözü geçməli və bu ölüm-qalım savaşında millətin yanında olması, milli, dini və insani bir görəvdir. Yoxsa, onların günahı hamımızdan qat- qat artıq olacaqdır. Özəlliklə, içlərində Azərbaycan sevgisi çiçəklənmiş olan “kelanteri” ailəsinə mənsub cənab Dr. İsa bəyin bu projeye başçı təyin edilməsi düzgün bir addım kimi hesab edilməkdə və bu düyünün açılmasında təsirli olabiləcəyi düşünülməkdə. Ona görədə məsələni siyasiləşdirmədən bu müraciəti millətə və mesullara unvanlayıb, aşağıda açıqladığım bir mətbuat konfrasında cumhur başqanı Həsən bəy Ruhanı-nın bir ifadəsinə diqqət çəkmək istəyirəm.
Xurdad ayının 24-də kütləvi informasyon vasitələri ilə görüş zamanı o dedi ki, əkinçiliklə bağlı da böyük projeler hazırlamışıq. Sistan-Bəluçistan və Xuzistan əyalətlərində 600.000. hektar erazidə modern suvarma sisteminin projəsi hazırlanıb, gələcək üç ildə icra edəcəyik. Şübhə yoxdur ki, biz hər yerdə abadanlıq olursa xalqın yaşayışı yaxşılaşırsa ona sevinib və təbrik edərik. Özəlliklədə Bəluç və Ərəblərin yaşadığı bölgələrdəki aclıq və səfalətin ortadan qalxaması hər bir insanın arzusudur. Əlbətdə bunuda unudmamışıq ki, şah zamanı Əhvazda icra olunan Dez projəsində, qəsdən Ərəblərin yaşadığı 1-ci və 2-ci klas ərazilərə su kanalları çəkilmədi. O səddin suyu Dezfulun ətəklərindəki 4-cü ve 5-ci əngəbəli ərazilərə axıdıldı.
Mənim sualım və əminəmki millətində sualı burdadır ki, bütün
1/2
məsullar, məhəndislər, proje yazanlar və nəcat yolunu göstərənlərin hamısı bir əqidə də müştərəkdir. Oda, çeşitli işlərin yanında ən vacib və həyatı olanı Urmu ovasında suvarma sistəminin modernləşdirməsidir. Görəsən nədən hakmiyət bu haqda heç bir addım atmayıb, hətta proje mütaliəsinə belə başlamayıb. Görəsən niyə doğru dürüst iş görmək yerinə yalan vədələrlə uydurma sözlərlə xalqın başını aldatmağa çalışılır. Biri deyir, uydu şəkilləri Urmu gölünün dolmağa başladığını göstərir. Biri deyir arazdan su çəkirik- qarşıdaki deyir “onda Müğan susuz qalar” o biri deyir Xəzərdən su çəkirik, o biri deyir Gürcüstandan su alırıq, bir başqası deyir günah əkinçilərindir, o biri deyir günah hava-nındır. Yüz ağız boş-boş söz sühbət, bir addım əməl yox. Nədən bu açıq aydın aldatmacalara, bu işdə rəsmi məsuliyət daşıyanlardan bir etiraz yox. Millət yumuşaq usulllarla istəklərini dilə gətirərkən qəddarcasına basdırılarkən, tutuqlanıb zindana salınarkən bunlardan bir münasibət,etiraz səsi ucalmır. Üzücü olan, energi baxanı soydaşımız Çitçiyan-nın “Urmu gölünün cənub axar-baxarından gölə su axıdılır sözləridir”. Bu ifadə o qədər qaranlıqdır ki, insanı çaş-baş salır, çünki bu suyun hardan hansı yolla, hansı çaydan vəya axarbaxardan gəldiyi sankı gizlin bir əməliyatdır.Ümid edirəm, yuxarıda adlarını çəkdiyim vəzifəli şəxslər,bu suallara cavab tapmaq üçün əllərindən gələni əsirgəmiyəcəklər.
Bu yazının sonunda “ beyinlərə yerləşməsi və millət tərəfindən elmi-tekniki bir istək kimi tələb edilməsi üçün” Urmu gölünün əməli nəcatı haqda son zamanlar yazdığım bir yazının kopisini bir daha təqdim edirəm. Eyni halda son günlər Tehranda cumhur başqanı və xarici bilginlərin iştiraki ilə toplanan “Urmu gölünü nəcat qrupu”nun araşdırma,nəzər, təklif və projələrini müsbət dəyərləndirirəm. Düşünürəm ki, yaxın zamanda bu işlərə başlanmasa, sonrakı kəsgin addıma millət olaraq qərar verməliyik. Ana dilimizdə yazıb oxuma bilmiyən millətimizin böyük əksəriyətinidə bilgiləndirmək üçün eyni məqalə xəttində “Azertalk” paltalk otağındakı çıxışımın linkin qeyd edirəm.http://www.azertalk.com/wordpress/urmu-goeluenuen-%C9%99m%C9%99li-n%C9%99cat-yolu-boeyuek-r%C9%99suloglu-s%C9%99s-fayli#respond
Hörmətlə : Böyük Resuloglu 06.07.2014 2/2
Urmu gölünün pratik nəcat yolu
Bir hədəfə çatmaq üçün onun doğrulğu və gedilən yolun düz, məntiqi və əməli olması gərəkməkdədir. Şübhəsiz ki, Urmu gölünün nəcati qədər doğru bir fikir olamaz. Ona gedən yolun isə bəzi qeyri fənni və qeyri məntiqi usullara söykənən təklifi, qəsdən olmasa da , hüquqi, tekniki və iqtisadi bilgisizlikdən ortaya çıxabilər. Baxmıyaraq ki, Urmu gölünün su balansının yaranmasında aşağıda açıqlanan projələrin yerinə yetirildiyindən sonra da , gölün xaricindəki axarbaxarlardan oraya su intiqali vacibdir. Ama yuxarıda qeyd edilən səbəblər üzündən , oraya , Araz çayı vəya Xəzər gölündən su gətirmək qeyri mümkündür. Onun üçün Urmu gölünün nəcati üçün gecikmədən aşağıdakı 4 əməliyatın başlanması qaçınılmazdır.
1. Təcili işlər: Urmu gölünə axan çaylardakı bütün sədlər açılaraq, suyun gölə axıdılması birinci addımdır. Bu ərazilərdəki əkinçilərin ərazi ölçüsünə görə qazanacaqları gəlir hesablanıb onlara ödənərək, alma və uzum bağlarından başqa heç bir əkinə su verilməməlidir. Bu program iki vəya üç ilə qədər dəvam edəbilər. Bu kimi tədbirlər dünyanın bir çox ölkəsində təcrübə olunub və müsbət nəticələr vermişdir.
2. Qotur çayının Xoy ovasına girən yerində və Aqçayın, Təbriz- Bazergan tranzit yolunu kəsişdiyi yerdə su pompalamaq üçün iki pomp stasyon dikilməli. Əkinçilərin suya ehtiyacı olmuyan zamanlarda bu sular pomplanaraq Qara təpəyə qədər ayrı ayrı boru xətləri ilə daşınmalıdır. Orada birləşdirilərək gədyi aşırıb Urmu gölünə axıdılmalıdır. Bu projənin ayarlanmasında, pompaj zamanlarında ( Aban ayından Ordibeheşt ayına qədər) Əvoğlu bulağının təqribən 0.8 m3 /saniyə su miqdarını nəzərdə alaraq, onuda pompaj suyuna qatmaq düşünülməlidir. Zab çayından gölə axıdılacaq suya çox güvən olmasa da, bu projənin təqribən % 20 – i işləndiyənə görə dəvam etdirilməlidir.
3. Gələcəkdə, Urmu gölündən buxarlaşma yolu ilə üçan su miqdarını azaldıb, rahatca balans yaratmaq üçün onun üz ölçüsünü azaltmaq lazimdir. Gölün ətrafında , Batlaq olmuyan yerlərdə, misal üçün ( Quşçü- Zənbil dağı, Xan kəndi- Şərəfxana- böyük ada, Qoşaçay- Əcəbşir- böyük ada) normal su səviyəsindən 3 metir yüksəklikdə dyke “topraq sed” vuraraq , buxarlaşma səthini mümkün qədər azlaltmaq gərəkməkdədir.
4. Ən əsas və uzun müddətli tədbir isə, o ərazilərdə su müdiriyətinin keyfiyətini artırmaq və modern sulama sistəmlərindən faydalanmaqdır. Suvarma sistəmini yerinə və əkiləcək bitgiyə görə yağmur vəya damcı sistəminə çevirməklə, əkində işlədilən su miqdarı %75 nisbətinə qədər azaldıla bilər. Bu əməliyatın ağır sərmayə və uzun zamana ehtiyacı olsada , onsuz gölün qalıcı nəcati qeyri mümkündür.
Projənin sərmayə tutarı
İndiki durumda, o ölkədə cərəyan edən tikinti işləri qiymətlərindəndən xəbərsiz olmağım, dəqiq ölçü dəyəri biçməyimə imkan vermir. “plan və büdcə organizasyonu” da ləğv edilidiyinə görə, onların “qiymət kitabçaları” əl çatmaz olmuşdur. Ona görə, 20 il öncə ölkədən çıxdığım zəmana qədər çeşitli bu tipli projələrdə “ məhəndis muşavir “ kimi çalışmalarımdan əldə etdiyim təcrübələri, bugünkü dünya qiymətləri və ənfilasyon rəqəmləri ilə çarpışdıraraq qaba bir qiymət biçməkdən başqa yolum qalmadı. Başqa ifədə ilə ınərdiyim bu sərmayə miqdarı həqiqi qiymətlərə çox yaxın deyil, bəlkə çox uzaq ola bilər. Şübhə yoxdur ki, projəni dizayn eliyən insanların. Bunu daha gərçəkci şəkildə işliyəcəkləri düşünülməkdədir. Ancaq, bir çox səsbəb üzündən bu gölün nəcatına olan böyük ehtiyac, məsrəf miqdarından çox asılı olmuyaraq projənin yerinə yetiriməsini vacib qılmaqdadır.
1- Göl ətrafında təqribən yarım milyon hektara bərabərdir. Bunun 150 min hektarı bağat hesab edilirsə 350 min hektar əkin ərazis üçün əkinçələrə ödəniməsi gərəkən pul miqdari
350.000 x1000 USD =350 milyon USD
3 illik ödəniş 1,050 miyard USD.
2- Qotur çay, Aq çay və Evoğlu bulağından pompaj 10 milyon USD.
3- Gölün ətrafında tikiləcək təqribən 100 km uzunluq, 5 metir ən və 3 metir yüksəklikdəki dyke, təsisləri ilə birlikdə 30 milyon USD.
4- Əkilə bilən ərazinin 400 min hektarında, yerinə görə yağmur və yerinə görə damcı sisteminin qorulması üçün hektara 5000 USD məsrəflə 15 il müddətində toplam 2 milyard USD.
Pompajların birinci il, əkinçilərin qazancı 3 il, dyke tikintisi 3 il və üçüncü ildən başlıyaraq suvarma sistem deyişməsi 12 il sürərsə illik büdcə dağılımı, təqribən!
- Ilk üç il üçün ildə 370 milyon USD
- Qalan 12 il üçün illik 170 milyon USD.
Boyuk Resuloglu 30.09.2013