Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

گونئی آذربایجان سوسیال دموکرات پارتیسینین همرایلیک گونو ایله باغلی بیاناتی

Güney Azərbaycan Sosial Demokrat Partisinin "Dünya
Azərbaycanlılarının Dayanışma (Həmrəylik) Günü" münasibətilə bildirişi!
Dəyərli vətəndaşlar!
Əziz Azərbaycan Türk milləti!
31 dekabr yaxud "Dünya Azərbaycanlılarının Dayanışma Günü"nün ərəfəsindəyik.
1990-cı il dekabrın 30-da qışın boran və şaxtalı bir çağında Arazın hər iki sahilindəki otaylı-butaylı Türk millətimiz, düşmənlərimizin əlilə ortamıza çəkilən tikanlı məftilləri və sərhəd boyunca tikilən dirəkləri yıxıb oda çəkərək, 162 illik uzun bir həsrət və ayrılığa son qoymaq istəmişdr.
Bu tarixi hadisə, 50 milyonluq millətimizin dayanışma yəni həmrəylik simvoluna çevrilərək, onun hər iki tayda uzun illərdən bəri istər rus, istərsədə fars işğalçıları və müstəmləkəçilərinə qarşı apardığı açıq və gizli mübarizəsində yeni bir başlanğıca səbəb olmuşdur. Daha doğrusu kimsənin gözləmədiyi bu hadisə Azərbaycanın həm quzeyi, həm də güneyində milli azadlıq və gərçək qurtuluşumuz yəni istiqlaliyyət uğrunda gedən mücadiləyə təkan verib və onun təməlini qoymuşdur.
Tarix göstərmişdir ki, dünyanın heç bir güc və qüdrəti hətta ən qəddar və cinayətkar rejimi belə bir milləti sonsuza qədər müstəmləkə olaraq öz işğalı altında saxlamağa qadir olmayıb və onun azadlıq və qurtuluş mücadiləsinin qarşısını bütün hərbi imkanlarına rəğmən ala bilməmişdir. Bu tarixi gərçək parçalanmış millətlərlə bağlı da keçərli olub və kimsə əbədiyyətə qədər ikiyə bölünmüş vahid bir millətin birləşmək arzusu və bu yolda apardığı mücadilənin qarşısını almağa gücü yetməmişdir.
Güney Azərbaycan Sosial Demokrat Partisi, qarşıdan gələn "Dünya Azərbaycanlılarının Dayanışma Günü"nü, eləcədə yeni il bayramı münasibətilə otay-butay demədən 50 milyonluq Türk millətimizi ürəkdən təbrik edir və yeni ildə Güney Azərbaycanda azadlıq və stiqlaliyyət uğrunda  gedən qutsal milli hərəkatımıza  böyük uğurlar və başarılar diləyir.
Yaşasın vahid müstəqil Azərbaycan!
Eşq olsun bu qutsal yolda mücadilə aparan bütün insanlara! 
28.12.2013
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn