گادپ: مارتین 8-ی دونیا قادینلار گونونده ،آذربایجانلی سکینه محمدینین، شووینیزم زیندانیندان آزاد اولونماسین طلب ائدیریک
- توضیحات
- منتشر شده در جمعه, 16 اسفند 1392 22:32
8 mart dünya qadınlar günündə ,Azərbaycanlı Səkinə Mohəmmədinin, şovinizm zindanından azad olunmasın tələb edirik!
Dəyərli vətəndaşlar:
dünya qadın gününü bütün millətimizə təbrik edirik.bu gün dünya qadınlarının amansız, geniş və ilham verici mubarizələrini önəmli bir gündür.
Bildiyiniz kimi. Qadınlara oy haqqını tanımaqda, Quzey Azərbaycan cumhuriyyəti 1918 ci ildə dünyanın birinci ölkələrindən olub .habelə Azərbaycan milli höküməti 1945 ci ildə bir illik höküməti zamanı qadınların oy haqqını uyqulamışdır. Azərbaycan qadınlarıda bu demokratik özəlliyə görə, həmişə azadlıq hərəkətlərinin önündə olublar.
Bu gün İran İslam diktator rejimi ,qadınlara qarşı milli ,siyası,kültürəl və sosiyal alanlarda ,onların ən premetiv doğal haqların pozmaqdadır.
Yersizcə Təbriz zindanında, fiziki və ruhsəl işkəncələrə məruz qalan, Azərbaycanlı Səkinə Mohəmmədi elə açıq bir örnəkdir. son aylarda o dəfələrcə bu zülmə dayana bilmədiyi üçün dəfələrcə öz canına qıymışdır.
Biz Səkinə Mohəmmədinin, şovinizm zindanından azad olunması üçün daha artıq çaba göstərəcəyik.
İranda , Güney Azərbaycan qadını ,cinsi,siyası,sosiyal və milli basqı və haqsızlıqlara qarşı ağır bir durumda mucadilə etməkdədir.
bizcə Azərbaycan qadınının mubarizəsi iran qadın mubarizəsi ilə başqa cinsdəndir. Cinsəl zülm və milli zülm Azərbaycan qadını üçün bir birinə düyünlənmişdir-
Bildiyiniz kimi Güney Azərbaycan Milli Herekatının güclənməsində və genişlənməsində əktiv qadınların danılmaz yardımı olubdur.
Azərbaycan milli herekatı qadın haqlarını əsası məsələlərindən qəbul etdikcə mübarizə alanın, genişləndirir və Azərbaycan qadınının ,siyası- ictimai inkişafina zəmin yaradır ,habelə ayrı seçgiliglərə məruz qalan qadınlar, öz haqlarının əldə edilməsın, ölkənin azadlığında görürlər .
Biz Güney Azərbaycan Demokrat Partiyası (GADP) olaraq 8mart dünya qadın gününü bütün qadınlara özəl olaraq Güney Azərbaycanda sümürgəçilik və istemar altında yaşayan Azərbaycan qadınına təbrik edib və onlarən cinsi zulmə qarşı mübarizələrin dəstəkliyib və qadın azadlığını və eşit haqların olmasın öz gündəlik mübarizəmızın bir bölümü bilirik
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
2014.03.08