Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.

“Azərbaycan dövlətçiliyi və “Türkmənçay” sülh müqaviləsi” mövzusunda növbəti diskussiya keçirildi

8 fevral, 2014-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun təşəbbüsü ilə "Azərbaycan Dövlətçiliyi və "Türkmənçay" müqaviləsi" mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. Sonra ənənəyə uyğun olaraq BAO MŞ-nın üzvü Araz Şamil Güney Azərbaycanın Həmədan ostanı haqqında məlumat verdi. 
Daha sonra BAO MŞ-nın üzvü Zəka Sahib Güney Azərbaycanda son həftə ərzində baş vermiş hadisələr haqqında geniş məlumat verdi.
Sonra elmi işçi Hakim Qəmbərli "Azərbaycan Dövlətçiliyi və "Türkmənçay" müqaviləsi"” mövzusunda geniş məruzə ilə çıxış etdi. O, Nadir şahın qətlə yetirilməsindən sonra imperiya ərazisində yaranış vəziyyət, xanlıqlararası münasibətlər, Rus  qoşunlarının Azərbaycan ərazilərinə hücumu, bu dövrdə Şimali Azərbaycan xanlıqlarının siyasəti, I və II Rus-Qacar müharibələrinin gedişi və "Türkmənçay"müqaviləsinin bağlanması haqqında ətraflı məlumat verdi.
Daha sonra Şirvani Ədilli, , Yasəmən Qaraqoyunlu, Bəxtiyar Tuncay, Dilavər Əzimli, Tural Həmid və b. məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiiya davam etdirildi. Sonda növbəti tədbirin bir həftə sonra - 15 fevral, 2014-cü ildə keçirilməsi qərara alındı.
08 fevral 2014
BAO İnformasiya Xidməti
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn