Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

BİLDİRİ: Avropa parlamentinin seçgilərinə 100 gün qaldı, Dışarıda Lobiçilik əsas yolumuzdur

Dəyərli soydaşlar,
Güney Azərbaycanın gələcək dövlətçiliyini iki güc bəlirlətəcəkdir, əsas güc millətimiz və onun taleyini gündəlikdə saxlayan və Fars şovinisminə qarşı bu milli mucadiləyə yön verən milli siyasi faellarımız və İkincisi isə uluslar arası örgütlər, super güclər və bölgəsəl güclərdir.
Biz dışarıda yaşayan Azərbaycanlıların əsas görəvi dışarı güclərın içində lobiçilikdir.
Amrika və Avropanın dövlət quruluşları və siyasi güc paylaşım mexanizması demokratini yol xəritəsi seçmişlər və sağlam seçib-seçilmək prosesi ən primitiv haqqa çevirilimişdir və bu haq və düçüncədən çoxlu millətlər öz milli qazanclarını qorumaq üçün yararlanıb yararlanmaqdadırlar.
Biz bir sıra addımlar atsaqda bu qonuda görünməyən çox iş vardır. Ancaq inanırıq xaricdə yaşıyan Azərbaycanlıları və özəlliklə milli feallarımizın apardığı milli savaşı, etgili və bəlli proqramlarla, lobiçiliyə doğru yönətməmiz ən doğru iş və gələcək üçün ən yararlı seçimdir.
Avropada yaşıyan Dəyərli Güney Azərbaycan Türkləri:
Avropada yaşadığımız ölkələrdə ən önəmli görəvlərimizdən biri lobiçilikdir. Özəlliklə çox az tanımlanmış Güney Azərbaycanımızın durumunu artıq etgili və proqramlı irəli surməyimiz üçün, yaşadığımız ölkələrdə siyasi partiyalar içində aktiv fealiyət etməyimiz gərəkir.
Avropa Parlamentin seçgilərinə artıq 100 gün qalır. Avropa ölkələrində umumiyyətlə iki seçgi olur ilk Avropa parlamentinin seçgiləri sonrası ölkə Parlamentlərin seçgiləri, ikisidə bizlər üçün çox önəmlidir.
Biz Türklər özəlliklə Güney azərbaycan türkləri keçmişdə bu seçgilərə hər zaman biganə qalmışıq və bununda zərərini alıb tavan ödəməkdəyik . Bugün artıq Farslar, kürdlər, ermənilər və... beynalxalq qurum quruluşlarda yetərincə söz sahibi olmuşdurlar. Biz dəfələrcə siyasi görüşlərimizdə onların bu quruluşlarda etgi bıraxmalarına tanış olmuşuq.
Dışarıda yaşıyan minlər Azərbaycan Türkünün yalnız 10 fayızı milli düşüncəyə dayanaraq Avropanın dəyişikli siyasi partiyalarında səs verməkləri və Avrupalı seçgi adayları yanında aktiv olmaları, millətimizin gələcəyinə çox yararlı və etgindir.
Hər bir parlament adayilə sığ əlaqə saxlayıb çalışmaq milli savaşımızı və milli haqlarımızı qazanmaq üçün bizi böyük yerlərə səfərbər edib parlament üyələri vasitəsilə Güney Azərbaycanı tanıtdırmaq imkanını hazırlayacaqdır.
Dışarıda yaşıyan bütün milli siyasi təşkilatlarımızı, milli feallarımızı, insan haqları quruluşları və... bu gələcəyimiz üçün ən önəmli olan yol və çətin savaşda davamlı hərəkətə dəvət edirik.
Avropa parlament və ölkə parlament seçgilərində ilk addımlarımızı kiçikdə olsa, birgə atmağa başlıyaq.
Güc birlikdədir
Güney Azərbaycan İttifaqı (GADP – AZOH )
14.02.2014
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn